Nəvəsinin sözləri Kübra Əliyevanı ağlatdı

   Nəvəsinin sözləri Kübra Əliyevanı ağlatdı
  11 Sentyabr 2023    Oxunub:1371
Əməkdar artist Kübra Əliyevanın bir neçə il əvvəl həbsxanada dünyasını dəyişən oğlu Raufun övladı Ağaəli canlı efirə çıxıb.
"Yaxşıya doğru" verilişinə gələn Ağaəli atasından danışıb.

"Ata hər şeydir. O sənin arxanda dayağındır. Bir dərdin olanda gedib onunla dərdləşə biləcəyin bir insandır. Atasız böyüyən övlad dayaqsız olur. Həyatı tez öyrənir, tez böyüyür",- deyə, o, bildirib.

Studiyada yer alan K.Əliyeva göz yaşlarını saxlaya bilməyib.

"Bəzi qız və gəlinlərə demək istəyirəm ki, gənclik illərində səhvlərim olsa da, həyat mənə böyük dərs verib. Əziz gəlinlər və qızlar, elə etməyin ki, övladlarınız atalarına nifrət etsinlər. İnanın, bəzi gəlinlər ərlərindən ayrılıb, uşaqlarını elə böyüdürlər ki,... Deyirlər ki, ata düşməndir. Eləməyin onu. O ata sizə qarşı düşmən ola bilər. Amma övlad elə deyil. Mənim sözümdə bir həqiqət var",- deyə aktrisa əlavə edib.

K.Əliyeva nəvəsinin Türkiyədə təhsil aldığını və yaxın günlərdə hərbi xidmətə gedəcəyini söyləyib:

"Ağaəli Bodrumda sənət məktəbini oxudu. Diplomunu aldı. Oxuduğu sənətə yiyələndi. Bakıya gəldikdən sonra hərbi komisarlıqdan zəng vurub söylədilər ki, Ağaəli Məmmədov sentyabrın 15-i komissarlığa yaxınlaşsın. Nəvəm Vətənə qulluq edəcəyini dedi". (Axşam.az)



AzVision.az


Teqlər:





Xəbər lenti