Zavodda qəza oldu, şəhəri şərab seli basdı - VİDEO

Zavodda qəza oldu, şəhəri şərab seli basdı -  VİDEO
  11 Sentyabr 2023    Oxunub:1660
Portuqaliya maraqlı hadisə baş verib.
Yerli JN nəşrinin yaydığı məlumata görə, Anadiyanın "Destilaria Levira" zavodunda baş verən qəza nəticəsində şəhər sözün həqiqi əsl mənasında şəraba qərq olub. Anadiyanı cənginə alan "şərab seli" fövqəladə hal yaradıb. Hadisə sentyabrın 10-da səhər saatlarında baş verib. Müəssisədə olan iki nəhnf çən partlayıb. Bu isə xeyli sayda içkinin dağılmasına səbəb olub. Nəticədə şəhərin bir neçə küçəsini şərab seli basıb.

Yerli hakimiyyət tonlarla şərabın Sertima çayına axacağından və bunun ekoloji fəlakət kimi qiymətləndirilə biləcəyindən ehtiyatlanır.

"Amma çox güman ki, proseslər apokaliptik ssenari ilə cərəyan etməyəcək. Çünki artıq küçələr təmizlənib və şəhərin zədələnmiş obyektləri bərpa olunub", - yerli media yazıb.

Anadiya küçələrinin təmizlənməsi üçün vəsaiti qəza baş verən zavodun bağlı olduğu şirkət ayırıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Portuqaliya   Şərab  





Xəbər lenti