Öpüşün cəzası: Keçmiş prezidentə cinayət işi açılıb
![Öpüşün cəzası: Keçmiş prezidentə cinayət işi açılıb Öpüşün cəzası: Keçmiş prezidentə cinayət işi açılıb](https://azvision.az/photos/2023/09/2023-08-20T223245Z_1987355140_MT1SIPA000F2AUTI_RTRMADP_3_SIPA-USA-pic4_zoom-1500x1500-96698-1694451114.jpg)
Avqustun 26-da Beynəlxalq Futbol Federasiyasının nizam-intizam komitəsi Rubialesin İspaniya Kral Futbol Federasiyasının prezidenti vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılması barədə qərar qəbul edib.
Hermoso isə Rubialesə qarşı prokurorluğa şikayət edib. Sentyabrın 8-də İspaniya prokurorluğu cinayət işi açıb. İspaniyanın “Relevo” portalı Rubialesin İspaniya Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinsi təcavüzdə ittiham edildiyini yazıb. Məhkəmə funksionerin təqsirli olduğunu sübut edərsə, o, bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
AzVision.az
Teqlər: