Rusiya lideri: “İlham Əliyev mənə deyir ki...”

  Rusiya lideri:    “İlham Əliyev mənə deyir ki...”
  12 Sentyabr 2023    Oxunub:1592
“Biz nə baş verdiyini görür və başa düşürük. Bu haqda deyiləcək çox şey var. Biz öz nizamlanma variantlarımızı təklif etmişdik, bu hamıya məlumdur”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistan rəhbərliyinin son bəyanatlarına münasibət bildirərəkən deyib.

“Rəsmi İrəvan Ermənistan-Azərbaycan münaqişəsindən sonra yeddi rayona nəzarət edirdi (işğal altında saxlayırdı - Qeyd). Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon – Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın və bütün Qarabağın yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, baxmayaraq ki, biz 10-15 il onları razı salmağa çalışdıq. Müxtəlif variantlar səslənirdi. Bizim “bəs nə edəcəksiniz?” sualına onlar “mübarizə aparacağıq” deyə cavab verirdilər. Yekunda hər şey hazırkı mövcud vəziyyətə gətirib çıxardı. Amma söhbət təkcə son münaqişənin nəticələrindən getmir.

Məsələ ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb. Praqa bəyanatında isə bunu sadəcə olaraq kağız üzərində qeyd ediblər. İndi Azərbaycan Prezidenti İlham Əliyev mənə deyir ki, Ermənistan Qarabağın bizim olduğumuzu tanıyıb, Qarabağın statusu məsələsi daha gündəmdə deyil, o həll olunub,

Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan edib ki, 1991-ci il Azərbaycan SSR-in sərhədləri daxilində bütün əraziləri və rəqəmi açıqlayıb, hansı ki, bura Qarabağın ərazisi də daxildir. Bu baş verib və bu, bizim qərarımız deyil, bugünkü Ermənistan rəhbərliyinin qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, əgər siz Qarabağla bağlı nə iləsə məşğul olmaq istəyirsinizsə, o zaman bizimlə ikitərəfli əsasda həll etməlisiniz. Onda biz nə deməliyik? Burada deməyə söz yoxdur. Əgər Ermənistan özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa, burada deməyə söz yoxdur.

Burada başqa məsələlər də yaranır. Humanitar tərkibli və bizim sülhməramlıların mandatı ilə bağlı. Mandat da hələ ki fəaliyyətdədir. Humanitar xarakterli məsələlər, hansısa etnik təmizləməyə imkan verilməməsi məsələləri heç yerə getməyib. Mən bununla tam razıyam. Azərbaycan rəhbərliyi hər zaman deyir ki, etnik təmizləmədə maraqlı deyil”, - deyə o söyləyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti