Messi 10,75 milyon dollara malikanə aldı
Qeyd olunur ki, əmlak sahildə yerləşir və estakadaya çıxışı var. Onun ərazisində spa və fitness mərkəzi yerləşir. Belə daşınmaz əmlakın illik vergisi ildə təxminən 83,4 min dollar təşkil edir.
Messi iki il Fransanın Paris Saint-Germain komandasında oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçdi. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: