İntihar edən hakimin yerinə yeni hakim ezam olunub - FOTO

İntihar edən hakimin yerinə yeni hakim ezam olunub    - FOTO
  12 Sentyabr 2023    Oxunub:2170
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.
Bu barədə məhkəmənin spiker hakimi Telman Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva məhkəməyə ezam edilib.

T.Hüseynov deyib ki, buna səbəb Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin iş yükünün çox olmasıdır.

O qeyd edib ki, bir müddət öncə 3 hakimin təqaüdə çıxması və hakim Rahib Salmanovun vəfatından sonra məhkəmədə hakimlərin sayı azalıb və bu da iş yükünün artmasına səbəb olub. İş yükünü tənzimləmək məqsədilə məhkəməyə yeni hakim ezam olunub.

T.Hüseynovun sözlərinə görə, məhkəmənin mərhum hakimi Rahib Salmanovun icraatındakı işlər Aytən Əliyevanın icraatına verilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar edib. Onun icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb. Həmin işlərin Aytən Əliyevanın icraatına veriləcəyi gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti