Srebrenitsa soyqırımı ilə bağlı beş nəfər saxlanılıb

   Srebrenitsa soyqırımı ilə bağlı beş nəfər saxlanılıb
  13 Sentyabr 2023    Oxunub:1390
Bosniya və Herseqovina Prokurorluğunun qərarı ilə təhlükəsizlik qüvvələri ölkənin müxtəlif şəhərlərində xüsusi əməliyyat keçirib.
Əməliyyat çərçivəsində Bilesa, Sekoviç, Han Piyesak, Vlaseniça və Zvornik şəhərlərində mənzillərə və mülklərə basqın edilib. Nəticədə Srebrenitsa şəhərində 1995-ci ildə törədilən soyqırımında hərbi cinayətlər törətməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsa şəhəri və ətraf bölgələrdə bir neçə gün ərzində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Qətliam zamanı mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda dəfn olunub.

Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Faciədən 28 il keçməsinə baxmayaraq, soyqırımı qurbanlarının 1000-dən çoxunun cəsədi hələ də tapılmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti