Səkkiz ayağı, iki dili və üç gözü olan inək doğuldu - FOTO

 Səkkiz ayağı, iki dili və üç gözü olan inək doğuldu    - FOTO
  13 Sentyabr 2023    Oxunub:1589
Vyetnamda qeyri-adi buzov dünyaya gəlib.
AzVision.az xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.

Bildirilir ki, anormal görünüşlü heyvan avqustun əvvəlində aşkarlansa da mediaya indi məlum olub. İnək balalayanda təsərrüfat sahibləri buzovun səkkiz ayağı, iki dili və üç gözünün olduğunu görüblər. Onun görünüşü siam əkizlərini xatırladıb.

Qeyd edək ki, ötən əsrin sonlarında Vyetnamda ABŞ ordusunun cəngəlliklərə səpdiyi kimyəvi silahlardan sonra nəinki heyvanlarda. insanlarda da mutasiya halları xeyli dərəcədə artmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: İnək  





Xəbər lenti