Şotlandiyada qadın yatağında yad kişi aşkarladı - VİDEO

Şotlandiyada qadın yatağında yad kişi aşkarladı    - VİDEO
  13 Sentyabr 2023    Oxunub:1852
Şotlandiyada maraqlı hadisə baş verib.
LADBible yazır ki, yad kişi tanımadığı bir qadının evinə girərək onun çarpayısında yuxuya gedib.

Hadisə 22 yaşlı Keytlin Sallivanın başına gəlib. Onun sözlərinə görə, dostuna baş çəkərkən evindəki kameradan telefonuna bildiriş gəlib. Qadın görüntüləri izləyərkən yataq otağındakı çarpayıda tanımadığı bir kişinin uzandığını görüb.

"Gözlərimə inanmadım, onun kim olduğunu bilmirdim", - qadın qeyri-adi hadisəni xatırlayıb.

Bundan sonra Keytlin polisə zəng edərək baş verənləri danışıb. Onun sözlərinə görə, evə gedən polislər yad kişini qovsalar da, həbs etməyiblər. İndi Sallivan həmin qəribə adamın yenidən qayıdacağından qorxur: "Əgər mən də orada olsaydım, o, mənim çarpayıma yavaşca girib yanımda yatardı".

Martaqlıdır ki, qız bu ilginc hadisədən sonra sosial şəbəkələrdə bir kişidən qəribə mesaj alıb. Həmin adam Keytlinə evində yatmağa icazə verdiyi üçün ona təşəkkür edib və ondan üzr istəyib.

O, mesajının sonunda "Ümid edirəm ki, bir gün sizinlə görüşəcəm" yazıb. Polis qadına yad adamla əlaqəni kəsməyi tövsiyə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Şotlandiya  





Xəbər lenti