Beynəlxalq İdman Arbitraj Məhkəməsindən "Sumqayıt"la bağlı qərar

Beynəlxalq İdman Arbitraj Məhkəməsindən "Sumqayıt"la bağlı qərar
  16 Sentyabr 2023    Oxunub:1201
“Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun müraciəti əsasında Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) araşdırması yekunlaşıb.
AzVision.az xəbər verir ki, bu barədə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədri Nailə Rüstəmzadə şəxsi Feysbuk hesabından paylaşım edib.

Qurum məşqçinin şikayətində haqlı olduğunu, “Sumqayıt”ın ona ödəməkdən imtina etdiyi 3 aylıq maaşı bir ay ərzində çatdırmasının vacibliyini qərarında göstərib. Bu barədə həm AFFA-ya, həm “Sumqayıt”a, həm də Elnur Çodarovun məktub gəlib.

CAS-ın qərarına əsasən “Sumqayıt” klubunu müqavilənin pozulmasına görə Elnur Çodarova 10725 (on min yeddi yüz iyirmi beş) manatı məbləğində təzminat ödəməlidir.

Tərəflərə təqdim olunacaq arbitraj xərclərinin 30 faizi Elnur Çodarov, 70 faizi isə “Sumqayıt” klubu tərəfindən ödəniləcək.

Xatırladaq ki, hazırda "Turan Tovuz"da köməkçi məşqçi kimi çalışan Elnur Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”ın istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun müqaviləsinin birtərəfəfli qaydada pozulduğuna görə, məşqçi əvvəlcə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə, daha sonra Beynəlxalq İdman Arbitraj Məhkəməsininə şikayət etmişdi.
AzVision.az




Teqlər:





Xəbər lenti