Atletimiz dünya çempionatında 3 medal qazandı
Körpücük üzərinə son olaraq Dadaş Dadaşbəyli çıxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırma hərəkətində 180 kq-ı ram edib və bu hərəkətdə dünya çempionatının bürünc medalını qazanıb.
Dadaş təkanla qaldırma hərəkətində 223 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə dünya çempionatının bürünc medalçısı olub.
Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli, dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüdə qalxıb.
AzVision.az