Bakıda üçüncü sinif şagirdləri müəllimsiz qalıb?
"Yasamal rayonu 167 nömrəli məktəbdə qəribə bir şey baş verib. Sentyabrın 15-də “3 f” sinfinin uşaqları məktəbə gediblər, amma onlara dərs deyəcək müəllim olmayıb.
Valideynlər şikayət ediblər, direktor deyib ki, müəllimə sertifikasiya imtahanı vermədiyi üçün işdən çıxarılıb, başqa müəllim də yoxdu, gedin nə istəyirsiniz edin.
İndi uşaqlar müəllimsiz qalıblar, ona görə də valideynlər uşaqlarını məktəbə getməyə qoymurlar".
Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi sorğumuza cavab olaraq bildirib ki, Bakı şəhəri 167 nömrəli tam orta məktəbin 3 F sinfinə müəllim təyin olunub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: