Yanğın İndoneziyada Milli Muzeyə ciddi ziyan vurub

Yanğın İndoneziyada Milli Muzeyə ciddi ziyan vurub
  18 Sentyabr 2022    Oxunub:282
Paytaxt Cakartada baş verən yanğında İndoneziya Milli Muzeyinə ciddi ziyan dəyib.
Bu barədə “Jakarta Globe” məlumat yayıb. Nəşr aydınlaşdırıb ki, yanğın iki yüz minə yaxın qədim eksponatın, o cümlədən eramızdan əvvələ məxsus olan eksponatın saxlanıldığı muzeyə ciddi zərər vurub. Polisin məlumatına görə, muzeyin ən azı dörd sərgi zalı tamamilə yanıb. Foye də dağılıb, dam örtüyü uçub.

Yanğın zamanı xəsarət alan olmayıb. Polis muzeydə çoxlu yanar materialların olduğunu bildirib. Yanğının hansı səbəbdən baş verməsi istintaqla müəyyənləşəcək. Məlumdur ki, muzeydə ən azı 190 min tarixi əsər, xüsusən də İndoneziyanın ən qədim tunc Buddist heykəli - Dipankara heykəli saxlanılır.

AzVision.az


Teqlər:





Xəbər lenti