Masallıda qətl törədən şəxs tutuldu

Masallıda qətl törədən şəxs tutuldu
  18 Sentyabr 2023    Oxunub:1081
Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxs Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanovdur. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti