Stadnik mübarizəyə başlayır, Maqomedov final görüşünə çıxır
![Stadnik mübarizəyə başlayır, Maqomedov final görüşünə çıxır Stadnik mübarizəyə başlayır, Maqomedov final görüşünə çıxır](https://azvision.az/photos/2023/09/188489_0kw1zh777f-1695104114.jpg)
2 qat dünya, 9 qat Avropa çempionu olan Mariya Stadnik (50 kq) təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla üz-üzə gələcək.
Jalə Əliyeva (57) 1/16 finalda kolumbiyalı Andrea Qonzaleslə, Birgül Soltanova (65) isə 1/8 finalda türkiyəli Kadriye Aksoyla qarşılaşacaq.
57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılamada macarıstanlı Tamara Dollakla güləşəcək.
Bu gün həmçinin Maqomedxan Maqomedov (97) finalda Bəhreyn idmançısı Axmed Tajudinovla üz-üzə gələcək.
Xatırladaq ki, buna qədər Azərbaycan güləşçilərindən Osman Nurmaqomedov gümüş medal qazanıb.
AzVision.az
Teqlər: