ABŞ-da dələlər 15 min insanı işıqsız qoyub

   ABŞ-da dələlər 15 min insanı işıqsız qoyub
  20 Sentyabr 2023    Oxunub:1786
ABŞ-da dələlər 15 min insanı işıqsız qoyub. Elektrik enerjisinin kəsilməsi iki gün davam edib.
Enerji şirkəti nin nümayəndələrinin bildirdiyinə görə, dələlər səbəbindən 15 minə yaxın şəhər sakini 45 dəqiqə işıqsız qalıb. Heyvanlar yarımstansiyanın ərazisinə keçərək kabelləri zədələyiblər.

Mütəxəssislər işığın verilməsini bərpa etdikdən sonra ertəsi gün hadisə yenidən təkrarlanıb. Əlavə təhlükəsizlik tədbirləri tətbiq edildikdən sonra energetiklər elektrik enerjisinin təkrar kəsilməsinin qarşısını ala biliblər. Hazırda şirkət hadisə ilə bağlı itkiləri hesablayır.

AzVision.az


Teqlər:





Xəbər lenti