Azərbaycanın axtardığı Gürcüstanda tapıldı

Azərbaycanın axtardığı Gürcüstanda tapıldı
  14 Aprel 2013    Oxunub:802
Həmin şəxs Azərbaycana ekstradisiya ediləcək.
Gürcüstan Daxili İşlər orqanları İnterpol tərəfindən beynəlxalq axtarışa verilən üç əcnəbini saxlayıb. Saxlanılanlar Azərbaycan polisi tərəfindən axtarılan İsrail vətəndaşı Erik Fərəcov, həmçinin Rusiya vətəndaşı Anatoli Kraxmal və Özbəkistan vətəndaşı Mirolim Fayziyevdir.

Fərəcov təyyarə ilə Tbilisidən-Təl-Əvivə uçmağa cəhd edərkən saxlanılıb. O qeyri-qanuni sahibkarlıqda, vergilərdən yayınmaqda təqsirli bilinir.

Kraxmal qətl hadisəsi törətdiyinə görə Rusiya Federasiyası tərəfindən beynəlxalq axtarışa verilib. Mirolim Fayziyev isə vergilərdən yayınmaqda təqsirli bilinir.

Hər üç cinayətkarın ekstradisiyası üzrə tədbirlər görülür. Hazırda onlar Tbiisi təcridxanalarından birində saxlanılırlar.

AzVision.az .


Teqlər:  





Xəbər lenti