Daha üç Azərbaycan güləşçisi mübarizəyə başlayır

Daha üç Azərbaycan güləşçisi mübarizəyə başlayır
  22 Sentyabr 2023    Oxunub:994
Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.
60 kq-da Nihat Məmmədli, 72 kq -da Ülvü Qənizadə, 97 kq-da Arif Niftullayev xalça üzərinə çıxacaqlar.

60 kq
1/16 final

Nihat Məmmədli – Kevin De Armas (Kuba)

72 kq
1/8 final

Ülvü Qənizadə - Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç)

97 kq
1/16 final

Arif Niftullayev – Mindauqas Venkaytis (Litva)

Bu gün həmçinin üç yunan-Roma güləşçisi qızıl medal qazana bilər. Eldəniz Əzizli (55 kq) finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Rafiq Hüseynov (82 kq) İrandan olan Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kq) isə qırğızıstanlı Akjol Mahmudov ilə üz-üzə gələcək.

AzVision.az



Teqlər:





Xəbər lenti