Robert Köçəryanın oğlu saxlanıldı

   Robert Köçəryanın oğlu saxlanıldı
  22 Sentyabr 2023    Oxunub:1415
Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb. Bu barədə vəkil Aleksandr Koçubayev sosial şəbəkələrdə məlumat verib.
Bundan əvvəl Köçəryanın hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs olunduğu bildirilirdi. Eyni zamanda Köçəryan polis əməkdaşları tərəfindən döyülüb, sonra xəstəxanaya yerləşdirilib.

Koçubayev qeyd edib ki, Köçəryan bugünkü etiraz aksiyaları zamanı dörd polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb. Müstəntiq Köçəryanın həbsi barədə qərar təqdim edib.

Koçubayev baş verənləri hüquqi qanunsuzluq adlandırıb və İstintaq Komitəsinin əməkdaşlarını Köçəryanın döyülməsi ilə bağlı videonu araşdırmağa çağırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti