Təhlükəli asteroid Yerlə toqquşa bilər

   Təhlükəli asteroid Yerlə toqquşa bilər
  23 Sentyabr 2023    Oxunub:2383
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 1999-cu ildə kəşf edilən “Bennu” asteroidinin Yer üçün potensial təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
Kosmik agentliyin tədqiqat qrupu bildirib ki, bu asteroidi son 25 il ərzində izləyir və onun 2182-ci ilin sentyabrına qədər planetimizlə toqquşacağını proqnozlaşdırır.

Təhlükəli asteroid kimi tanınan “Bennu” hər altı ildən bir Yer ətrafında orbitini tamamlayır və artıq 1999, 2005 və 2011-ci illərdə planetimizlə üç dəfə yaxından qarşılaşıb. Toqquşma şansı nisbətən az olsa da, elm adamları bu ehtimalı istisna etmirlər. Bu ehtimal təxminən 0,037 faizidir.

2020-ci ilin oktyabrında NASA-nın “OSIRIS-REx” missiyası “Bennu”nun səthinə enib, burada nümunə toplayıb. 2016-cı ilin sentyabrında fəaliyyətə başlayan bu missiyanın da məqsədi həmin asteroidi araşdırmaq və günəş sisteminin mənşəyi haqqında faydalı məlumat verməkdir.

Əgər “Bennu” Yerlə toqquşsa, o, təxminən 1200 meqaton enerji buraxa bilər ki, bu da ən güclü süni nüvə silahının 24 qat gücünə bərabərdir.

AzVision.az


Teqlər:





Xəbər lenti