Məşhur şirkət “Qarabağ”ın sponsoru olmaq istəsə də, imtina cavabı aldı
Səbəb isə “Qarabağ”ın baş sponsoru “Azərsun” Holdinqlə bağlıdır. Məlumdur ki, “Azərsun” 20 ildən artıq “Qarabağ”a sponsorluq edir və komandanın forması üzərində də bu şirkətin adı yazılır.
“Türkiyə Hava Yolları”nın təklif etdiyi məbləğ isə “Azərsun”un “Qarabağ”a ayırdığı hazırkı illik büdcədən bir neçə dəfə az olduğundan bu təklif təbii olaraq, qəbul edilməyib.
Qeyd edək ki, THY bir neçə il Azərbaycanda “Neftçi”nin sponsoru olub. Həmin əməkdaşlıq bu il başa çatıb.
AzVision.az
Teqlər: