Qeyd edilir ki, ekskavator sürücüsü Aleksey Şilkin, montajçı Vilarit Ziyatdinov və elektrik-qaz qaynaqçısı Vlad Zaqrutdinov Bisertskaya küçəsində su boruları çəkirlərmiş. Həmin vaxt 135 saylı binanın üçüncü mərtəbəsində yanğın başlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, işçilər tez bir zamanda qazıntı işlərini dayandıraraq ekskovatorun uc hissəsinə miniblər.
Nəticədə eyvanda kömək gözləyən uşağa doğru qalxan fəhlələr onu yerə endirə biliblər.
Şahid deyib: “Biri uşağı götürdü, digəri isə yanan evdə başqa birinin olub-olmadığını öyrənmək üçün bütün mənzili yoxladı".
Tural Tağıyev
AzVision.az