"Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İrandan keçəcək"

   "Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İrandan keçəcək"
  26 Sentyabr 2023    Oxunub:1618
"Türkiyə və Azərbaycan üçün Zəngəzur dəhlizinin reallaşması strateji məsələdir və tamamlanmalıdır".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək:

"Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək. Bu güclü bağ sayəsində önümüzdəki dövrdə qaçmaqla yeriməkdən qat-qat çox məsafə qət edəcəyik. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu məsələ ilə bağlı İrandan müsbət siqnalların gəlməsi sevindirici haldır".

Ərdoğan əlavə edib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək: "Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq".

AzVision.az


Teqlər:





Xəbər lenti