Venesuellanın prezidenti Maduro oldu
İlkin hesablamalara görə o, 50,76 % səs toplayıb. Onun əsas rəqibi müxalifət namizədi Enrike Kapriles isə seçicilərin 49,07%-i səs verib.
Xəbər verildiyi kimi, Kapriles Venesuella hökumətinin seçkilərin nəticələrini saxtalaşdırdığını iddia edir. “ Biz ölkəyə və dünyaya xəbərdarlıq edirik. Bizim xalqımızın seçimi saxtalaşdırılıb”- deyə o öz “twitter”-də yazıb.
Seçkilərin saxtalaşdırılmasına əyani sübut olaraq prezidentliyə namizəd bildirib ki, seçki məntəqələri bağlandıqdan sonra seçicilərə səs verməyə icazə verilib.
Səbinə Həsənova
AzVision.az