Oğuzda qan xəstəlikləri və qan donorluğu ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Oğuzda qan xəstəlikləri və qan donorluğu ilə bağlı maarifləndirmə tədbiri keçirilib
  02 Oktyabr 2023    Oxunub:1029
"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qan xəstəlikləri ilə bağlı maarifləndirmə və qan donorluğunun təbliği” adlı layihəni icra edir.
AzVision.az xəbər verir ki, layihə çərçivəsində Oğuz rayonunda maarifləndirmə tədbiri keçirilib. Tədbir Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Oğuz rayon təhsil şöbəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin sədr müavini Emin Nəbili iştirakçılara təşkilatın gördüyü işlər barədə məlumat verərək, layihənin qan xəstəliklərinin yayılmasının qarşısının alınması üçün dövlətin gördüyü işlərə ictimai dəstək məqsədi daşıdığını bildirdi.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hematologiya şöbəsinin həkimi Nailə Babayeva qan xəstəliklərinin yayılma səbəbləri, müalicə və müayinəsi barədə iştirakçılara məlumatlar çatdırıb, gəncləri ailə qurmazdan əvvəl tibbi müayinədən keçməsinin vacibliyini bildirib.

Talassemiya, sümük iliyi transplantasiyası, qan donorluğu, donorların bilməli olduğu vacib məsələlər barədə danışan Nailə Babayeva tədbir iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, tədbirdə Oğuz rayonun 50-dən çox təhsil işçisi və şagirdləri iştirak edirdi.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti