"Məsuliyyətli ovçuluğun təşviqi" layihəsi başa çatıb - FOTOLAR

"Məsuliyyətli ovçuluğun təşviqi" layihəsi başa çatıb -    FOTOLAR
  29 Sentyabr 2023    Oxunub:928
“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məsuliyyətli ovçuluğunun təşviqi” layihəsini başa çatdırıb. Üç ay ərzində həyata keçirilən layihənin məqsədi ölkəmizdə qanunsuz ovçuluğa qarşı ictimai mübarizəni və ovçuluq məsuliyyətini gücləndirməklə ətraf mühitin qorunmasına köməklik göstərmək olub.
Layihənin hədəf qrupu ovçular, ekoloji yöndə fəaliyyət göstərən ictimai təşkilatlar, ekoloji təhlükəsizliyə məsul dövlət qurumlarının nümayəndələri, oxucular və sosial şəbəkə fəalları olub.


Layihənin məqsəd və vəzifələrinə uyğun olan və cəmiyyəti narahat edən problemlərlə bağlı vətəndaş cəmiyyəti fəallarından və müvafiq sahələr üzrə tanınmış mütəxəssislərdən 6 (altı) introspektiv müsahibə alınıb.

Müsahibələr aşağıdakı istiqamətlərdə götürülüb:
- Ovçuluq mədəniyyəti və məsuliyyəti;
- Ovçuluq hüququ və qanunsuz ova qarşı mübarizə;
- Azərbaycanda ov təsərrüfatlarının vəziyyəti;
- Biomüxtəlifliyin qorunmasına ictimai nəzarət mexanizmləri;
- Həvəskar balıq ovçularının üzləşdiyi problemlər;
- Ov heyvanlarının və quşlarının yaşamı. “Nadir kitab”a düşən növlər.


Layihə çərçivəsində 15-16 sentyabr 2023-cü il tarixlərində Bərdə və Ağcabədi şəhərlərində ictimai dinləmələr keçirilib. Dinləmələrin hər birincə cəmi 20 nəfər olmaqla həvəskar ovçular, yerli vətəndaş cəmiyyəti təşkilatlarının, bələdiyyə və icra hakimiyyəti orqanlarının nümayəndələri, ETSN-nin məsul əməkdaşları iştirak edib. İştirakçılar qanunsuz ov hallarına qarşı həm ictimai, həm də müvafiq dövlət qurumları səviyyədə mübarizənin gücləndirilməsinin vacibliyindən danışıblar və təkliflər səsləndiriblər.


Toplanan informasiyalar, problemlərin həlli barədə ictimai dinləmələrdə və müsahibələrdə səslənən təkliflər sistemləşdiriləcək və təhlil ediləcək, nəticədə hazırlanan hesabat donora, vətəndaş cəmiyyəti institutlarına, ovçuluq təsərrüfatlarına və birliklərinə, ETSN və DİN-ə göndəriləcək.


Teqlər: Ovçuluq  





Xəbər lenti