BMT: Avrozona tənəzzülün astanasındadır

      BMT:    Avrozona tənəzzülün astanasındadır
  04 Oktyabr 2023    Oxunub:1275
Avropa dünyanın iqtisadi vəziyyəti ən çox narahat edən regiondur. Səbəblər davam edən inflyasiya və enerji qiymətlərinin kəskin artmasıdır. Avrozona indi tənəzzülün astanasındadır.
Bu nəticə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 2023-cü il üçün dərc olunmuş hesabatında yer alıb. Sənəddə deyilir ki, bəzi hökumətlər artan neft və qaz qiymətlərini qismən kompensasiya ediblər, lakin indi kəsir təzyiqlərini kompensasiya etmək üçün büdcə xərclərini azaldırlar.

BMT ekspertləri qeyd edirlər ki, Avropa Mərkəzi Bankının faiz dərəcələrini sentyabrın sonuna kimi artırmaq qərarı oktyabr-dekabr üçün perspektivlərə “artıq kölgə salır”, “avrozonanın tənəzzülə düşmə riskini artırır”.

AzVision.az


Teqlər:





Xəbər lenti