Çipsiyə görə məktəblilərə atəş açdı - VİDEO
Məlumata görə hadisə vaxtı uşaqlar Apopka şəhərindəki istirahət mərkəzində futbol məşqinə çıxıblarmış. Bu zaman məktəblilər qəlyanaltı üstündə mübahisəyə başlayıblar. Buna səbəb 13 yaşlı iki uşağın 11 yaşlı məktəblinin ərzağını oğurlaması olub. Nəticədə həmin oğlanlar çipsisi yoxa çıxan uşağı qovaraq ona hücum ediblər. Həmin vaxt isə ana dərsdən sonra oğlunu götürməyə gəlib.
"Uşaq insidentə cavab olaraq anasının maşınına tərəf gedib, tapançanı götürərək qaçan yeniyetmələrə atəş açıb. Güllə məktəblilərdən birinin kürəyinə dəyib və ikinci oğlanın dirsəyindən yaralayıb", - nəşr yazıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Kürəyində yara olan uşaq əməliyyat olunub, digər xəsarət alan isə müayinə olunaraq evə göndərilib. 11 yaşlı oğlana qarşı ittiham irəli sürülüb. Bundan başqa, anaya qarşı da silahı ictimai yerdə saxladığı üçün cinayət işi açılıb.
Tural Tağıyev
AzVision.az