Amerikanın ən zənginləri: Mask siyahıyada liderdir

      Amerikanın ən zənginləri:    Mask siyahıyada liderdir
  05 Oktyabr 2023    Oxunub:1674
"Forbes" jurnalı Amerikanın ən zəngin insanlarının siyahısını tərtib edib. 400 nəfərlik siyahıya yenə texnologiya nəhəngləri liderlik edir. Keçən ildən fərqli olaraq bu il texnologiya şirkətlərinin sahibləri itirdikləri 500 milyard dollar sərvəti geri qazanıblar.
Həmin elit qrupun hazırda 4,5 trilyon dollar sərvəti var və bu, 2021-ci ildə müəyyən edilmiş rekorda bərabərdir.

İlboyu mübahisələrin mərkəzində olan və keçən il ən çox sərvət itirən "Tela", X, və "SpaceX" şirkətlərinin sahibi İlon Mask yenidən siyahıya liderlik edir. O, hazırda 251 milyard dollarlıq sərvətə sahibdir.

İkinci yerdə 161 milyard dollarlıq sərvəti ilə "Amazon"un qurucusu Ceff Bezos qərarlaşıb. Üçüncü yerdə isə "Oracle" şirkətinin rəhbəri Larri Ellison gəlir. Onun sərvəti 158 milyard dollardır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti