Mənzilində saxladığı skuter evini külə döndərdi

Mənzilində saxladığı skuter evini külə döndərdi
  05 Oktyabr 2023    Oxunub:1843
Yollarda sürücülərə, parklarda isə yaşlı və körpələrə təhlükə yaradan elektrikli skuterlərlə bağlı daha bir ciddi problem üzə çıxıb.
Qazeta.ru-nun yaydığı məlumata görə Sankt-Peterburq sakini mənzilində saxladığı skuter alışaraq yanıb.

"Hadisə Kovalevskaya küçəsində yerləşən yaşayış binasının mənzillərindən birində baş verib. Elektrikli skuter alışandan sonra mənzildə yanğına səbəb olub. Nəqliyyat vasitəsinin sahibi isə xəsarətlər alıb", - məlumatda deyilir.

Qeyd edilir ki, skuterin sahibi xəstəxanaya yerləşdirilib: "Kişinin vəziyyəti ilə bağlı əlavə təfərrüatlar yoxdur. İndi həkimlər onun həyatı üçün mübarizə aparırlar".

İlkin məlumata görə, hadisə skuterin akkumulyatorunun qızaraq partlaması nəticəsində baş verib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Skuter  





Xəbər lenti