Qanunsuz əldə edilmiş meşə materialı aşkarlanıb

Qanunsuz əldə edilmiş meşə materialı aşkarlanıb
  07 Oktyabr 2023    Oxunub:958
Lerikdə qanunsuz əldə edilmiş meşə materialı aşkarlanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının alınması istiqamətində Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Lənkəran-Lerik yolunun 37-ci kilometrliyində Lənkəran rayon sakini F.Əmirovun idarə etdiyi “Mercedes Sprinter” markalı yük avtomobili saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerindən qanunsuz yolla əldə edilmiş işlik qızılağac cinsli meşə materialı aşkarlanıb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Lerik rayonu ərazisində saxlanılan “Ural” və “Zil-131” markalı avtomobillərdən qanunsuz yolla əldə edilmiş 11 kubmetr həcmində oduncaq aşkarlanıb.

Hazırda aşkarlanan faktlarla bağlı qanunamüvafiq qaydada tədbirlərin görülməsi üçün araşdırma aparılır. Meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı polis əməkdaşları tərəfində mübarizə tədbirləri davam etdirilir.
AzVision.az


Teqlər:





Xəbər lenti