İsrail ordusu “Dəmir Qılınclar” əməliyyatına başladı

   İsrail ordusu “Dəmir Qılınclar” əməliyyatına başladı
  07 Oktyabr 2023    Oxunub:1616
İsrail ordusu Qəzza zolağında “Dəmir Qılınclar” ("Iron Swords") adı altında hərbi əməliyyatlara başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrailin onlarla döyüş təyyarəsi Qəzza zolağında HƏMAS radikal qruplaşmasının hədəflərinə zərbələr endirir.

İsrailin müdafiə naziri Yoav Qallant "X" platformasında baş verənlərə münasibət bildirib. "HƏMAS bu səhər ciddi bir səhv etdi və İsrail dövlətinə qarşı müharibəyə başladı”, Qallant qeyd edib. Onun sözlərinə görə, İsrail ordusunun bölmələri hər yerdə HƏMAS-a qarşı döyüşür.

Qeyd edək ki, Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS oktyabrın 7-də İsrailə müharibə elan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti