Qohumunu qəsdən öldürənin işi məhkəməyə göndərilib

Qohumunu qəsdən öldürənin işi məhkəməyə göndərilib
  09 Oktyabr 2023    Oxunub:982
Cari il iyunun 10-da Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azad Almasovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə AzVision.az -a Biləsuvar Rayon Prokurorluğundan məlumat verilib. İstintaqla 1991-ci il təvəllüdlü Elşən Şəbiyevin iyunun 8-də Biləsuvar rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Azad Almasova bıçaqla xəsarətlər yetirməsi və sonuncunun həmin xəsarətlərdən 2 gün sonra müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Elşən Şəbiyevə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə yekun ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti