Alimlər infarktın qarşısını almağın yolunu tapıblar

Alimlər infarktın qarşısını almağın yolunu tapıblar
  09 Oktyabr 2023    Oxunub:1525
Rusiyada Samara Universitetinin alimləri infarktın qarşısını almaq üçün üsul hazırlayıblar.
Bu barədə “Biomedical Engineering” jurnalı yazıb. Qeyd olunub ki, samaralı alimlər xəstənin ürəyi və nəbzinin ritminə əsasən qan damarlarının elastikliyini qiymətləndirməyə imkan verən texnika hazırlayıblar. Texnika ateroskleroz və digər ürək xəstəliklərinin diaqnozunda istifadə edilə bilər.

Nəşrin müəllifi qeyd edir ki, sağlamlığı qorumaq üçün qan damarlarının elastikliyinə nəzarət etmək vacibdir. Qan damarlarının divarları nə qədər sərt olarsa, insan təzyiq artımlarına, ateroskleroza, ürək çatışmazlığına, infarkt və insultlara bir o qədər həssasdır.


AzVision.az


Teqlər:





Xəbər lenti