Yasamalda seysmik riskin və baş verə biləcək zəlzələlərin ətraf mühitə təsiri qiymətləndirilib

Yasamalda seysmik riskin və baş verə biləcək zəlzələlərin ətraf mühitə təsiri qiymətləndirilib
  11 Oktyabr 2023    Oxunub:1279
Azərbaycan Seysmoloqlar Assosiasiası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı şəhəri Yasamal rayonunun seysmik riskinin qiymətləndirilməsi və baş verə biləcək zəlzələlərin ətraf mühitə təsiri” layihəsi çərçivəsində Bakı şəhəri Yasamal rayonu ərazisində seysmik riskin və baş verə biləcək zəlzələlərin ətraf mühitə təsirini qiymətləndirib.
Çoxsaylı inzibati və hündür yaşayış binalarının, iri sənaye müəsisələrinin və digər dövlət əhəmiyyətli obyektlərin yerləşdiyi, respublika əhalisinin təqribən 40%-nə qədərinin cəmləşdiyi Bakı şəhərində mümkün ola bilən seysmik təhlükənin qiymətləndirilməsi dovrün aktual problemlərindəndir. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonunun ərazisi 16,22 km2, əhalinin sıxlığı isə 1 km2-ə 15 160 nəfərdir.

Araşdırmalarda yeni əldə olunmuş seysmoloji və mühənisi seysmoloji məlumatlardan geniş istifadə olunub. Məlum olubş ki, Abşeron yarımadası, o cümlədən Bakı şəhərinin yerləşdiyi ərazi üçün ən böyük seysmik təhlükə Xəzər dənizində olan aktiv qırılmalarda yerləşən potensial ocaq zonalarından gözlənilir. Abşeron yarımadası, o cümlədən Bakı şəhəriinin seysmik təhlükəliliyinin fon səviyyəsi 12 ballı MSK-64 şkalası üzrə 8 baldır. Fon səviyyəsindən əlavə seysmik təhlükənin səviyyəsinə həm də sahənin mühəndisi- geoloji və hidrogeoloji şəraitinin də böyük təsiri var.

Mühəndisi-geoloji və hidrogeoloji şəraitin seysmik təhlükəliliyin səviyyəsinə təsirini araşdırmaq məqsədilə Yasamal rayonu ərazisində son 10-15 il ərzində hündür mərtəbəli binaların tikintisi aparılmış sahələrdə qazılmış mühəndisi- geoloji quyu məlumatları analiz olunub. Məlum olub ki, rayonun ərazisi bir neçə 12 ballı MSK-64 şkalası üzrə 9 bal intensivlikli tikinti sahəsi istisna olmaqla əsasən 8 bal intensivlikli seysmik təhlükə səviyyəsi ilə səciyyələnir.

Yasamal rayonu ərazisində mövcud olan yaşayış və inzibati binaların dayanıqlıq səviyyəsi ayrıca tədqiq olunmuşdur. Bu məqsədlə bütün əraziyə baxış keçirilmiş, binaların quruluşuna, tikintisində istifadə olunan materiallara və s. xüsusiyyətlərə görə rayon ərazisi ayrı-ayrı sahələrə bölünüb. Analiz göstərmişdir ki, rayon ərazisi yüksək, orta və aşağı riskli sahələrə bölünür.
AzVision.az

Qalereya




Teqlər: zəlzələ  





Xəbər lenti