İsraildə Azərbaycanəsilli şəxslər həlak olub - Adlar

  İsraildə Azərbaycanəsilli şəxslər  həlak olub - Adlar
  11 Oktyabr 2023    Oxunub:1891
HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

İsraildə həlak olan azərbaycanlıların kimliyi də məlum olub:

Şamil Abbasov - İsrail vətəndaşı

Emin Axundov - İsrail vətəndaşı

Roman Qandel - İsrail vətəndaşı

Elkin Nəzərov - İkili vətəndaş (Azərbaycan-İsrail)

Bildirilir ki, vəfat edənlərdən Elkin Nəzərov İsrailin Kiryat Yam şəhərində dəfn edilib.

***
İsraildə HƏMAS-ın hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub.
AzVision.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olanlar arasında üç Azərbaycan yəhudi əsilli şəxs də var.
A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti