Aysun ikinci dəfə ailə qurur

   Aysun ikinci dəfə ailə qurur
  12 Oktyabr 2023    Oxunub:2550
Müğənni Aysun İsmayılova ikinci dəfə ailə həyatı quracağını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə sənətçi özü ARB-də yayımlanan "Günə son" proqramına açıqlamasında deyib:

“Yüz ölçüb, bir biçmək lazımdır. İkinci dəfə o, ailə dağılarsa artıq iki tərəf də günahkardır. Elçi də gəliblər, maraqlanıblar da... İnşallah, bəli olacaq”.

Bu barədə müğənni Rəqsanə də fikrini bildirib:

“Aysuna deyirdim sənə dörd gün toy edəcəm. Sən ikinci dəfə ailə qur, elə bir toy edəcəm ki, bunun səsi-sədası qulaqlardan getməyəcək. Bu mənim arzumdur".

Veriliş zamanı Aysunun toyunun qış aylarına təsadüf edəcəyi də vurğulanıb.

Qeyd edək ki, Aysun İsmayılova 2022-ci ili iyunun 30-da Eşqin adlı bəylə ailə qurub. Cütlük 2023-cü ilin mayın 5-də ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti