Kirayədə qalanlar daha tez qocalır

   Kirayədə qalanlar daha tez qocalır
  13 Oktyabr 2023    Oxunub:1688
Böyük Britaniya və Avstraliyadan olan alimlər aparılan araşdırmaların əsasən kirayədə qalan insanların orqanizmi daha tez qocalır.
Tədqiqatda 1 420 nəfər iştirak edib - onların arasında həm kirayədə qalanlar, həm də artıq öz mənzillərini almış şəxslər var. Mütəxəssislər insanların sağlamlıq vəziyyətlərini, öz evlərində, yoxsa kirayədə qalmalarını, borclarının olub-olmaması, kirayə haqqının nə qədər olması, dövlət dəstəyi alıb-almamaları ilə bağlı suallar veriblər.

Daha sonra iştirakçılardan DNT metilasiyasını (bioloji qocalmanın göstəricisi) təhlil etmək üçün qan nümunələri götürüblər. Alimlər qeyd ediblər ki, kirayənin yaratdığı stresə görə mülkləri icarəyə götürən insanlar öz evlərinə sahib olanlardan daha tez qocalır. Onlar, həmçinin işsizlərdən iki dəfə, siqaret çəkənlərdən 50% daha sürətli qocalırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti