Bakıda kişi əmisi oğlunu öldürdü

Bakıda kişi əmisi oğlunu öldürdü
  13 Oktyabr 2023    Oxunub:1187
Oktyabrın 13-ü saat 12 radələrində 1988-ci il təvəllüdlü Elməddin Hüseynovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. Araşdırmalarla 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nəsimi Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti