Kartofa görə McDonalds-ı atəşə tutmaqla hədələdi - VİDEO

Kartofa görə McDonalds-ı atəşə tutmaqla hədələdi    - VİDEO
  13 Oktyabr 2023    Oxunub:2079
ABŞ-da bir qadın McDonalds-ı atəşə tutmaqla hədələyib.
AzVision.az xəbər verir ki, bu barədə Complex məlumat yayıb. Qadının məlum hədəsinə səbəb isə aldığı kartof fri adlı məhsulun yağda çox bişməsi olub.

Restoran işçiləri təhdidlərdən sonra polisə müraciət etməli olublar.

"Miluauki şəhərindən olan Breneyda Qotşlak adlı qadın yerli McDonalds-da yemək sifariş edib. Daha sonra kassaya gedərək yanmış kartof fridən şikayət etməyə başlayıb. O mətbəxə keçərək yeni porsiya götürmək istəsə də, işçilər buna icazə verməyiblər. Amerikalı qadın buna cavab olaraq yanında silah olduğunu və ona başqa kartof verilməsə, atəş açmağa başlayacağını deyib. Bundan sonra işçilər həyəcan siqnalı düyməsini basıblar. Restorana gələn polis qadını saxlayıb", - yerli media yazıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Kartof  





Xəbər lenti