Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir

   Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir
  14 Oktyabr 2023    Oxunub:1034
“Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 mlrd ABŞ dollarını keçib. Hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir”.
Bunu Baş nazir Əli Əsədov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-neft sektoruna yatırılıb: “Ötən dövrdə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, innovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə ölkədə yüzlərlə istehsal və emal müəssisələri, iri sənaye mərkəzləri, parkları və məhəllələri yaradılıb”.

Baş nazir qeyd edib ki, görülən işlər Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanı verib, yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara çıxışını genişləndirib.

AzVision.az



Teqlər:





Xəbər lenti