Şəhid ailələri və müharibə əlillərinə 14 100 mənzil və fərdi ev verilib

Şəhid ailələri və müharibə əlillərinə 14 100 mənzil və fərdi ev verilib
  14 Oktyabr 2023    Oxunub:1333
“Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı olaraq onların təqaüdü ötən dövrdə 6 dəfə artırılıb. Həmçinin şəhid hərbçilərin ailələrinə və müharibə əlillərinə birdəfəlik ödəmələr verilib”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı da 5 dəfə genişlənib: “Son 3 ildə 5 300, ümumilikdə isə 14 100 mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 500 avtomobil verilib”.

Nazir bildirib ki, postmüharibə dövründə cənab Prezidentin göstərişi ilə 124 min şəxsə 309 min xidmət göstərilib: “O cümlədən 103 min şəxsə sosial ödəniş təyin olunub, 20 min şəxsin məşğulluğu təmin edilib, 51 min şəxsə reabilitasiya xidməti (o cümlədən 458 yüksək texnologiyalı protez) təqdim olunub”.
AzVision.az



Teqlər:





Xəbər lenti