Payızda ürək-damar xəstəlikləri kəskinləşir – SƏBƏBLƏR

   Payızda ürək-damar xəstəlikləri kəskinləşir –    SƏBƏBLƏR
  14 Oktyabr 2023    Oxunub:1263
Havanın temperaturu ürəyin işinə təsir edir.
AzVision.az xəbər verir ki, kardioloq Anastasiya Fomiça soyuq havalarda kimlərin vəziyyətinin pisləşdiyini açıqlayıb.

“Böyük elmi tədqiqatların nəticələrinə görə, 20 dərəcə hava minimal ürək ölümləri baş verən hava şəraitidir.

Kəskin miokard infarktı ilə ən çox hospitalizasiya sayı qış aylarında, temperatur 10 dərəcədən aşağı endikdə olur. Soyuqdan qan damarları daha da daralır, bu da ürək, beyin qan dövranını pozur.

Ürəyin işemik xəstəliyi olan pasiyentlər soyuq havanı ciyərlərinə çəkəndə stenokardiya tutması baş verə bilər.
Meteohəssas adamlar atmosfer təzyiqi dəyişimlərinə hipertonik krizlə cavab verir.

Payız-qışda insanların həyat tərzi və qidalanması dəyişir: aktivlik azalır, D vitamini defisiti olur, qapalı məkanda qalır, yağlı qidalar yeyir.

Kəskin respirator xəstəliklər də ürək-damar sisteminin iltihabına səbəb olur.

Ürək tutmaları digər faktorlardan da asılıdır:

- Cinsiyyət, kişilərdə daha çox olur
- İrsi
- Siqaret
- İçki
- Artıq çəki
- Yüksək təzyiq
- Şəkər
- Stress (medicina.az)



Teqlər:





Xəbər lenti