Göyçayda ağır qəza, ölən və yaralılar var

Göyçayda ağır qəza, ölən və yaralılar var
  16 Oktyabr 2023    Oxunub:1058
Göyçayda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.
Bu barədə AzVision.az -a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, oktyabrın 16-sı saat 08 radələrində Göyçay rayonunun Yeniarx kəndi ərazisində 1953-cü il təvəllüdlü Ucar rayon sakini Mürsəl Abdullayevin idarə etdiyi “VAZ-21015” və İlfan Dovudovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan “VAZ”-ın sürücüsü, eləcə də digər iki sərnişini – 1992-ci il təvəllüdlü Zamiq Həmidov və 2004-cü il təvəllüdlü Elvin Əhmədov xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq Mürsəl Abdullayev xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti