Sahibkarlar Ersin Tatarla görüşdü - FOTOLAR

   Sahibkarlar Ersin Tatarla görüşdü -    FOTOLAR
  16 Oktyabr 2023    Oxunub:1371
Marsol Group və Wotmax Estate-in birgə təşkilatçılığı ilə təşkil olunmuş işgüzar nahar yeməyində sahibkarlar Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşüblər.
Astalanya restoranında baş tutan nahar yeməyində Şimali Kipr və Azərbaycanın milli musiqiləri səsləndirilib. Görüşdə iştirak edən Marsol Group partnyorlarının fəaliyyət istiqamətləri haqqında məlumat verilib.



Daha sonra Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan və inkişaf etdirilə biləcək biznes əlaqələri, o cümlədən ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər ölkələr arasında ticari münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.



Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar çıxışı zamanı Türk dünyası xalqlarının tarixi bağlılığı əsasında qurulan münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən danışıb. O, xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.



Daha sonra Ersin Tatar sahibkarların suallarını cavablandırıb. Görüşün sonunda Kipr Türk Cümhuriyyətinin Prezidentinə Marsol Group-un təsisçisi Tural Mustafayev və şirkətin Şimali Kipr nümayəndəsi İlhami Bilgen tərəfindən xatirə hədiyyəsi təqdim edilib və sahibkarlarla birgə xatirə fotosu çəkilib.








AzVision.az



Teqlər:





Xəbər lenti