6 saylı məktəb – liseydə “Məktəb jurnalistikası” layihəsinin təqdimatı keçirilib - FOTOLAR

6 saylı məktəb – liseydə “Məktəb jurnalistikası” layihəsinin təqdimatı keçirilib -    FOTOLAR
  16 Oktyabr 2023    Oxunub:1469
Bugün Bakı şəhəri T.İsmaylov adına 6 Nli məktəb – liseyində Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olmuş “Məktəb jurnalistika” layihəsinin təqdimatı və ilk təlim-seminarları keçirilib.
AzVision.az xəbər verir ki, seminarı açan 6 Nli məktəb-liseyinin direktoru Gülşən Orucova “Məktəb jurnalistika” layihəsinin önəmliyindən, səmərəli ünsiyyətə ölkəmizdə tarixən müdriklərin verdiyi qiymətdən, jurnalistikaya hələ Ulu öndər Heydər Əliyevin göstərdiyi diqqət və qayğısından, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibə zamanı jurnalistlərlə müxtəlif dillərdə xarici jurnalistlər və ekspertlərlə yüksək məharətlə apardığı görüşlərdə, müsahibələr zamanı cavablandırdığı suallardan, həmçinin, müasir dövrdə informasiyanın və jurnalistikanın önəmliyindən, məktəb üçün bu layihənin faydalı olacağından, yaradılacaq məktəb mətbuat mərkəzindən və s.təşəbbüslərdən söhbər edib.

Tədbirdə çıxış edən layihənin ideya tərəfdaşı, təlimlər və ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi, pedaqoq Elçin Sərdarov layihənin məqsədi - məktəblilərin mediatəhsil və məktəb jurnalistikası sahəsində bilik və bacarıqların artırılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına nail olması üçün peşəkar təlimçilərlə birlikdə şagirdlərə bu layihə dövrü Mediatəhsil haqqında təlim materialların hazırlanması; Media savadlığı, nitq, texniki və yaradıcılıq bacarıqları ilə bağlı təlim məşğələlərin keçirilməsi; Məktəb Mətbuat Mərkəzinin yaradılması üçün təşkilatı, təlim dəstəyin göstərilməsi və aylıq mətbuat konfransların keçirilməsi, “Məktəb jurnalistika” e-xəbərlərin hazırlanması və greenpen.az təhsil resursunda “Məktəb jurnalistikası” linkində dərc edilməsi nəzərdə tutulub. Müxtəlif növ siyasi, sosial, elm, təhsil, mədəniyyət, ekoloji və idman xəbərlərdən söz açan təlimçi, ən gözəl və bütün xalqımızı sevindirən son xəbərlərdən olan Xankəndi şəhərində və Ağdərədə ölkəmizin milli dövlət atributları olan Dövlət Bayrağımızın və Qerbimizin ölkə prezidenti tərəfindən əzəli toprağlarda ucaldılması olduğunu xüsusi ilə qeyd edib

Açılışda qonaq qismində çıxış edən KİV qanunvericiliyi üzrə təcrübəli ekspert Xalidə Bağırlı gələcəyin jurnalistlərinə medianın “4-cu hakimiyyət” olduğunu yada salaraq obyektiv, dürüst və balanslı yazıların hazırlanmasının, vətənpərvər olmalarının vacibliyindən, ərazi bötövlüyümuzun bərpa olunmasından, bu yolda qəhraman övladlarımızın fədakarlığından danışaraq, bu təlimlərin onlara jurnalist peşəsinin özəlliklərini öyrənməkdə və praktiki bacarıqlar əldə edilməsində köməklik edəcəklərini vurğulayıb.

“Mediatəhsil”ə aid ilk təlimdə şagirdlərə məqalə və ya yayıma nəzərdə tutulan yazı hazırlamaq üçün etibarlı məlumatlardan istifadə edilməsi, sistemləşdirilməsi və İnternetdə işləməyin texniki prinsipləri ilə bağlı məlumatlar təqdim edildi. “Hər bir fərd və xüsusən də inkişafda olan yeniyetmələr və gənclər informasiya axınlarından məlumatlı olmalı, onların arasında düzgün və keyfiyyətsiz məlumatları ayıra bilməlidirlər, mötəbər , etibarlı mənbələrdən və medialardan istifadə etməlidirlər.Bu prosesdə gəncin media təhsili nəticəsində formalaşan media mədəniyyəti çox böyük məna kəsb edir. Buna görə də məktəblilər üçün media təhsili gələcək vətəndaşların informasiya cəmiyyətində həyata hazırlanmasında mühüm rol oynayır. Bu məqsədlərə nail olmaq üçün media təhsil sahəsində nəticəyönümlü işlərdən ən səmərəlilərindən media təhsil layihələrinin yaradılmasını qeyd etmək olar”- E.Sərdarov deyib.

İnteraktiv formatda keçən təlimlərdə şagirdlər mediatəhsil ilə bağlı nümunələri təklif edib, sosial media və KİV-də olan xəbər və digər yazıların mənbələrini və dürüstlüyünü qeyd edərək, daha etibarlı və səmərəli məlumat mənbələri ilə bağlı təkliflər veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti