Şahzadə Harri keçi ilə danışıb

Şahzadə Harri keçi ilə danışıb
  13 İyun 2014    Oxunub:1050
Böyük Britaniya şahzadəsi öz pərəstişkarları ilə qucaqlaşıb və keçi ilə danışıb.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, 29 yaşlı şahzadə “Zuluslar” (1964) filimin Londonda təşkil olunan xüsusi nümayişinə qatılıb.

Qırmızı xalıda görünən şahzadəyə xanımlar və qızlar yaxınlaşaraq şəkil çəkdirməyə başlayıb. Şəkil çəkdirməni bitirdikdən sonra şahzadə yoluna davam edib. Daha sonra o, ağ keçini görüb. Məlum olub ki, tədbirə Britaniya kralının alayının talismanı olan Şenkin adlı ağ keçi gətirilib.

Şahzadə heyvana yaxınlaşaraq onu sığallayıb. Şahzadənin bu fotosu dünyanın nüfuzlu KİV-ində yayımlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti