Naxçıvan Dövlət Universitetinin tibb tədrisi üzrə ikinci kampusu tikiləcək

   Naxçıvan Dövlət Universitetinin tibb tədrisi üzrə ikinci kampusu tikiləcək
  17 Oktyabr 2023    Oxunub:1972
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” dair məsələlərdə Naxçıvan Dövlət Universitetinin nəzdində ikinci kampusun yaradılması nəzərdə tutulur.
Bunu AzVision.az -a açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib. O qeyd edib ki, ikinci kampus tibb təhsili üzrə olacaq.

“2023-cü ilin sonuna qədər kampusun layihələndirməsi həyata keçiriləcək və 2025-ci ildə açılışı planlaşdırılır. Naxçıvan şəhərində yerləşəcək kampusda tibb tədris korpusu, araşdırma xəstəxanası, tələbə yataqxanası, tibb koleci və müəllim evi olacaq. Yeni tədris binasının istifadəyə verilməsi ilə tibb təhsili alan tələbələrinin sayının da 2 mindən 6 minə qədər artırılması layihədə nəzərdə tutulub”, deyə rektor əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti