Ödənişli yolda sürət həddi neçə olacaq?

 Ödənişli yolda sürət həddi neçə olacaq?
  17 Oktyabr 2023    Oxunub:2191
Xəbər verdiyimiz kimi, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üzrə tariflər müəyyənləşdirilib.
Bəs ödənişli yolda sürət həddi neçə olacaq və sürücülər bu yoldan nə zaman istifadə edəcək?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi AzVision.az -a bildirib ki, hazırda yolda son tamamlama işləri aparılır.
"Yol istifadəyə tam hazır olmadığı üçün sürət həddi müəyyənləşdirilməyib. Yəqin ki, yaxın müddət ərzində bəlli olacaq".

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən avtomagistrallarda yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün maksimum sürət həddi 110 km-dir.

Xatırladaq ki, Tarif Şurasının yeni qərarına əsasən, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti