AYB-nin qurultay nümayəndələri seçildi
![AYB-nin qurultay nümayəndələri seçildi AYB-nin qurultay nümayəndələri seçildi](https://azvision.az/photos/AYBQURULTAY.jpg)
AzVision.az xəbər verir ki, bu ayın 17-də keçiriləcək qurultaya AYB üzvlərindən 439 nəfər nümayəndə seçilib.
Maraqlıdır ki, ötən gün qurultaya üzv olmadığını bildirərək AYB-dən istefa verən Nəriman Əbdülrəhmanlının adı da qurultay nümayəndələrinin siyahısına salınıb.
Son zamanlar siyasi hadisələrlə gündəmə gələn Rüstəm İbrahimbəyov da qurultay iştirakçısıdır.
Emin Piri